Metal plastinlərin ştamplanması (emboss edilməsi) sahəsində Matika ixtiraları istehlakçıların ən
yüksək tələblərinə cavab verir. Matika, müxtəlif masaüstü və
sənaye tətbiqetmələri üçün ən etibarlı həlləri dünyanın müxtəlif yerlərində təqdim edir. Bu avadanlıqdan ehtiyat hissələrinin
markerləri, tibbi, hərbi və digər sahədəki jetonları, nəqliyyat vasitəsinin identifikasiya lövhələri və ya
avadanlıqların seriya nömrələri və s. istehsalı üçün geniş istifadə olunur.
Matika, metal üzərində emboss etmək üçün 2 model təqdim edir.
- C410: Metal lövhələr üçün səssiz ştamplama (emboss edilməsi) mexanizmi olan kompakt embosser versiyasıdır.
İstənilən sənaye və ya ofis şəraitində quraşdırılmaq üçün xüsusi hazırlanmışdır. Bu universal
ştamplama sistemi, istənilən işi yerinə yetirməyə imkan verir - jetonlardan, elektron qurğunun
seriya nömrəsi olan lövhəciklərə, avadanlığın detalları üçün birkalaracan.
- C430: Əvvəlki modeldən daha güclü olan bu embosser bazarda ən tam funksiyonal həlldir,
yüksək stressli əməliyyat şəraiti, fasiləsiz istehsal üçün hazırlanmışdır və müxtəlif qalınlıq, ölçü,
material və formalardakı lövhələrin ştamplaması üçün güclü, etibarlı sistemdir.