Kart Fərdiləşdirmə və Zərfləmə Sistemləri
Rəqib təşkilatlar ilə müqaisədə, Matika'nın avadanlıqları yüksək dözümlülük, innovativ yanaşma, xidmət səviyyəsi, interfeysin sadəliyi, inteqrasiya rahatlığı, habelə, qiymət və keyfiyyətin nisbəti meyarlarına görə fərqlənir. Matikanın embosserlərin çoxsaylı modelləri müxtəlif müştəri seqmentlərinin istəklərini əhatə edir və onların hər biri üçün ən uyğun və faydalı çözüm tapmasına imkan yaradır. Matika-nın əsas üstünlüklərindən biri, idarə edici və inteqrasiya proqramlarının alışına, zəmanətinə, dəstəklənməsinə, yenilənməsinə və təkmilləşdirilməsinə görə heç bir əlavə xərclərin olmamasıdır.
Model və spesifikasiyalardan asılı olaraq, Matika avadanlıqlarında plastik və metal kartların emboss (qabartma) texnoloqiyalarını, termo çap, ultrabənövşəyi çap, DOD texnologiyalarını, lazer texnoloqiyalarını, kartın ön və arxa hissəsində indent çap mövcuddur. İstifadə olunan bütün texnologiyalar ödəniş sistemlərinin tələblərinə cavab verir.